Türkiyəli məşhurlar: “Lənət olsun terrora”

17 Dekabr 2016 16:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, hadisə ilə əlaqədar Türkiyənin sənət aləminin nümayəndələri terroru lənətləyərək öz hisslərini dilə gətiriblər. Türkiyənin məşhur simalarının fikirlərini təqdim edirik:

Məşhur Türk aktyoru, "Eşkiya Dünyaya Hökümdar Olmaz", "Adanalı" serialından yaxşı tanıdığımız Oqtay Kaynarca:



"Məzuniyyətə çıxan hərbçiləri şəhid edən şərəfsizlər, şəhid etdiyiniz əsgərlərin dostlarının beynində yalnız bir hiss var, o, da intiqam...Savaşın da bir şərəfi olur, bu qorxaqlıqdır...Bu səbədən heç nə qazanmayacaqsınız. Ruhunuz şad, məkanınız cənnət olsun qardaşlarım".

Türkiyənin məşhur müğənnisi Seda Sayan:



"Hər həftə canımız yanır. Bu necə şərəfsizlikdir. Allah bəlanızı versin...Lənət olsun terrora!!!".

Türkiyəli müğənni Pətək Dinçöz:



"Yetər artıq!!!"

Müğənni Ebru gündeş:



"Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm".

Mustafa Cəcəli:



"Kayseridə olan xain terror hadisəsi ilə əlaqədar bu gün Akkaya Parkda keçiriləcək olan konsert təxirə salınıb".