34 yaşlı qadına qarşı dələduzluq - 68 500 manatlıq

17 Dekabr 2016 16:35 (UTC+04:00)

"Report" xəbər verir ki, Rusiya Federasiyasının vətəndaşı, 1982-ci il təvəllüdlü Gülnar Əliyeva hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin aprel ayında Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü İradə Cəfərova onu ev satmaq adı ilə aldadaraq 68 500 manat pulunu alıb və pulu geri qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az