1973-cü ilin ilk internetinin xəritəsi tapıldı

17 Dekabr 2016 19:30 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, İncəsənət Muzeyinin əməkdaşı Karnegi Devid Nyuberi bu barədə məlumatı öz twitter səhifəsində dərc edib.

1973-cü ildə ABŞ-da ARPANET şəbəkəsi 36-dək mərkəzə birləşdirilmiş 42 kompüterdən ibarət olub. Xəritənin yaradılmasından cəmi bir neçə ay sonra ARPANET Norveçdə və Londonda server istifadəyə verərək beynəlxalq şəbəkəyə çevrilib. Şəbəkəyə ABŞ-ın ən böyük universitetləri, o cümlədən Kaliforniya, Harvard, Stenford universitetləri qoşulub. Xəritədə nodlar - baza marşrutizatorları kvadratlarla, müştəri kompüter və serveri isə oval işarələrlə qeyd olunub.

ARPANET (Advanced Research Projects Agency Network) şəbəkəsi 1969-cu ildə ABŞ-ın perspektiv tədqiqatlar üzrə Müdafiə Nazirliyi agentliyində (DARPA) yaradılıb və müasir internetin prototipi olub.