4 otaqlı ev yandı - Bakıda

17 Dekabr 2016 21:09 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 89 m2 olan birmərtəbəli 4 otaqlı kürsülü evin 1 otağının, dəhlizinin yanar konstruksiyaları və zirzəmiyə yığılan ev əşyaları 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.