Oğurlanan uşaq danışdı: “Məni soyuqda diləndirdilər”

17 Dekabr 2016 22:45 (UTC+04:00)

3-cü sinif şagirdi olan Amin AzNews.az-a onu dilənçilərin oğurladığını deyib: "Məni soyuqda diləndirdilər".

Aminin anası bildirib ki, uşaq oynayarkən yanında 4 uşaq olan qaraçı qadın onu çağırıb və dünən bütün günü soyuqda diləndirib: "Uşaq o qədər soyuqda qalıb ki, eşitmə qabiliyyəti zəifləyib. Qaraçı qadın uşağın internetdə şəklini və axtarışda olduğunu görən kimi gətirib qapımızın ağzına qoyub. Hal-hazırda hüquq-mühafizə orqanları qadının kimliyini araşdırır".

Bahar RÜSTƏMLİ
AzNews.az