Moskva aeroportunda iki sərnişin təyyarəsi toqquşdu

17 Dekabr 2016 23:36 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə TASS-a aeroportun mətbuat xidmətindən məlumat verilib.

"Təyyarələrdə sərnişin və heyət üzvləri olmayıb", - deyə aeroportdan bildirilib və hər iki təyyarənin "Aeroflot" aviaşirkətinə məxsus olduğu qeyd olunub.

"Şeremetyevo"nun mətbuat xidmətinin məlumatına görə, toqquşma təyyarələrdən birinin yedəyə alınması zamanı baş verib. Həmin zaman digər təyyarə perronda olub. Hazırda hava limanı daxilində toqquşmanın səbəbləri araşdırılır.

AzNews.az