Şvarsneqqer pedikür etdirmək istədi, əvəzində ayağını sındırdı - Kuryoz hadisə - Foto
18 Dekabr 2016 14:06 (UTC+04:00)
Kaliforniya ştatının keçmiş qubernatoru, Hollivud aktyoru Arnold Şvarseneqqer sağ ayağını sındırıb. Aktyor ABC News kanalına, Live with Kelly televiziya şousuna xüsusi tibbi çəkmədə gəlib.
"Sadəcə pedikür zamanı kiçik uğursuzluq oldu", - o, aparıcının sualına zarafatla cavab verib. Əslində isə aktyorun ayağı xizək sürərkən ciddi zədələnib.
