Xaricdən onlayn alınan mala görə əlavə ƏDV ödəyəcəksiniz - Yeni qərar

18 Dekabr 2016 16:19 (UTC+04:00)

AzNews.az Banker.az-a istinadən xəbər verir ki, Vergilər nazirliyinin yaydığı məlumata görə, dünən Milli Məclisə təqdim edilən Vergilər Məcəlləsində , elektron ticarətə dair xüsusi qeyd var.

Bu qeyddə xarici onlayn mağazalardan alınan mallara görə ƏDV tətbiqi qeyd edilib. Vergilər Nazirliyindən bildirilir ki, bu cür yanaşma yerli istehsalçılar və ticarətçilərə qarşı ədalətli addım olacaq.

Məlumat üçün bildirək ki, hazırda ƏDV üzrə faiz dərəcəsi 18% təşkil edir.