İran prezidenti 3 postsovet ölkəsinə səfər edəcək

18 Dekabr 2016 18:02 (UTC+04:00)

Trend-in "İSNA" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib.

İran prezidentinin ilk səfəri dekabr ayının 21-i Ermənistana olacaq. Bir günlük səfər zamanı Həsən Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli münasibətlərin inkişafınını müzakirə edəcək. Həmçinin, hər iki ölkədən olan iş adamları ticarət əlaqələrinin müzakirəsində iştirak edəcəklər.

Ruhaninin ikinci səfəri dekabrın 22-si Qazaxstanın paytaxtı Astanaya olacaq. Orada İran prezidenti qazaxıstanlı həmkarı ilə görüşəcək. Birgünlük səfər zamanı, iki ölkənin prezidentləri ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə bir neçə sənəd imzalamağı planlaşdırırlar.

Son mərhələdə dekabrın 22-də gözlənildiyi kimi, Ruhani Qırğızstanın paytaxtı Bişkekə gələcək.

AzNews.az