İbrahim Tatlısəs nəvələrinin toyunda - Foto

19 Dekabr 2016 10:36 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İbrahim Tatlısəsin nəvələrinin kiçik toy mərasimi otellərdən birində baş tutub.

İbrahim Tatlısəs 1979 ildə "Kara Yazma" filminde Pərihan Savaş ilə tanış olub. Savaşla evliliyindən Mələk Zübeydə adlı bir qızı olub. 9 avqust 1984-cü il onlar haqqında yayılan xəbərlərdə deyilirdi:

"İbrahim Tatlısəs tərəfindən qaçırılaraq 7 saat döyüldüyü iddia edilən aktrisa Pərihan Savaş, polisə müraciət edərək onun xəstə olduğunu demiş və tutulmasını istəmişdir.

Savaşın sol gözünün zədələnməsinə görə, polis idarəsinə çağırılan Tatlısəs "Savaş uşağımın anasıdır. Sağda solda gəzişməsini kişi olaraq qüruruma sığışdıra bilmədim" ifadələrini işlədib. Daha sonra onların münasibətinə son qoyulub".