Bir aylıq körpəni binanın qarşısına atdılar - Bakıda + Yenilənib

19 Dekabr 2016 13:05 (UTC+04:00)

Bu barədə Trend-ə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən məlumat verilib.

Məlumatda bildirilir ki, uşağı bölmə əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi, ev 22 A-nın qarşısında tapıblar. Dərhal hadisə yerinə həkim briqadası çağırılıb və uşaq həkimlər tərəfindən təhvil götürülərək müayinə edilib. Müayinələrdən sonra uşaq 1 saylı körpələr evinə təhvil verilib.

Hazırda faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalar aparılır. Hələlik körpənin valideynləri müəyyən edilməyib.

***
12:05


Bakıda binanın qarşısında bir aylıq körpə tapılıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Stansiya küçəsi ev 22 A-nın qarşısında qeydə alınıb. Belə ki, həmin ərazidə bir aylıq körpə oğlana rast gəlinib. Binada yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Əliyeva sahibsiz körpəni Sabunçu Rayon Polis İdarəsinə təhvil verib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az