Neftçilərin axtarış-xilasetmə əməliyyatlarından görüntülər - Foto

19 Dekabr 2016 18:00 (UTC+04:00)

Bu haqda "Azneft" İstehsalat Birliyindən AzNews.az-a verilən məlumatda bildirilib.

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarış-xilasetmə əməliyyatlarında SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da iştirak edir.

Ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış – xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərməkdədirlər. Bunlar içərisində, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləriylə iştirak edirlər.

"Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.