25 yaşlı Bakı sakini qətlə yetirilib

21 Yanvar 2013 09:24 (UTC+04:00)


Hadisə yanvarın 20-də qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Ağayev Elxan Akif oğlu bıçaq xəsarəti ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Həkimlərin səyinə baxmayaraq, E. Ağayev aldığı xəsarətdən dünyasını dəyişib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.