Zibilyığan kitabxanaya minlərlə qədimi kitab bağışladı - Foto

19 Dekabr 2016 20:08 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Sçuan əyalətinin 69 yaşlı sakininin kolleksiyası təxminən 50 min nəşrdən ibarətdir. O, bu yaxınlarda yerli kitabxanaya 1200-ə yaxın nadir nüsxə bağışlayıb.

Çen Quanvey istəyir ki, onun kitabları geniş auditoriyada yayılsın, hamı tanış olsun. Kolleksiyaçının sözlərinə görə, əsas məqsəd kitabların oxunmasıdır.

Çinli kitabları 1983-cü ildən yığmağa başlayıb. Həmin vaxt o, zibilxanada çalışırdı və elə kitabları da zibillikdən toplayıb. Tapdığı kitabları evə gətirib. Kolleksiyaçının nəvəsi deyir ki, onun babası kitabları öz həyatından dəyərli hesab edir.