Bu həftə dollara hansı göstəricilər təsir edəcək?

19 Dekabr 2016 20:17 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, buna baxmayaraq, vacib iqtisadi xəbər və göstəricilərin də sayı az deyil. Belə ki, dekabrın 19-da Bakı saatı ilə 22.30-da ABŞ Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Jannet Yellenin Baltimor Universitetində əmək bazarına dair çıxışı gözlənilir. Onun çıxışının dollara müsbət təsir edəcəyi ehtimal olunur.

Bundan başqa, dekabrın 21-də ABŞ-da noyabr ayı təkrar mənzil bazarı göstəricisi, dekabrın 22-də noyabr ayı uzunmüddətli istifadə üçün mal sifarişləri və əhalinin gəlir və xərcləri barədə məlumat açıqlanacaq.

Ümumiyyətlə, yanvarın 4-də FES-in son iclasının protokollarının açıqlanması gözlənilir ki, bunun nəticəsində 2017-ci ildə monetar siyasətin perspektivləri aydın olacaq.

Həmçinin, dekabrın 20-də Yaponiya Mərkəzi Bankının növbəti iclasının yekunları açıqlanacaq. Bankın monetar siyasətini dəyişdirməsi proqnozlaşdırılmır.

Neft bazarında dekabrın 21-də ABŞ-ın neft ehtiyatları və dekabrın 23-də aktiv neft buruqlarının sayı barədə məlumat da önəmli olacaq.