“Ded Xasan”ın sifarişini kim verib?

21 Yanvar 2013 09:36 (UTC+04:00)


Moskvada qətlə yetirilən "qanuni oğru" Ded Xasanın dəfnindən sonra kriminal qruplaşmalar arasında qarşıdurmanın yaranacağı bildirlir. Rusiya mətbuatının yazdığına görə, dəfndən sonra da çox sayda insan "Ded Xasan"la vidalaşmaq üçün onun dəfn edildiyi qəbiristanlığa gəlir. Kriminal qruplaşmalar arasındakı "haqq-hesab"ın da məhz bu proses başa çatdıqdan sonra başlayacağı vurğulanır.

Bu arada Aslan Usoyanın qətlini kimin sifariş verə biləcəyilə bağlı bir neçə verisya üzərində dayanılır. İlk növbədə Usoyanın birinci düşməni "Taro" ləqəbli Tariel Onianidir ki, bu iki şəxs arasında 2008-ci ildən bəri münasibətlər heç də yaxşı olmayıb. Oniani ilə Ded Xasan arasında münaqişənin əsasi İspaniyada həbsə məhkum edilən "Gənc Şakro"nun biznesini bölmək üstündə
yaranıb.
Bu zaman məsələyə Ded Xasanın tərəfdarı kimi "Yaponçik" ləqəbli Vyaçeslav İvankov da müdaxilə edib. İki şəxs məsələni həll etmək üçün "sxodka" keçirməyi qərara alıblar. Ancaq müəyyən edilən yerə polis gələrək 39 "qanuni oğru"nu həbs edib.

Bəzi məlumatlara görə, bunu "Yaponçik"ə ağışlamayıblar və o, snayperlə vurulub. Çox keçmədən Şabtay Almanoviç adlı daha bir avtoritet öldürülüb ki, onun adı tez-tez Yaponçikin ölümündə hallandırılırdı.

Yaponçikin keçmiş vəkili Mark Kruterin sözlərinə görə, Ded Xasanın da ölümündə eyni "imza" hiss edilir. Bel’ ki, Yaponçik də öz sevimli məkanından çıxarkən vurulmuşdu.

Başqa bir versiyanı isə Jurnalist Araşdırmaları Agentliyinin nümayəndəsi Yevqeni Vışenkov səsləndirib. Bu versiyaya görə, Ded Xasanın ölümü ilə bağlı qərar 2012-ci ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində keçirilən görüşdə alınıb. Görüşün təşkilatçıları Ded Xasana qarşı çıxanlar - Camal Mikeladze, Merab Suxumski və Rövşən Lənkəranski olub. Ölüm qərarının səbəbi kimi isə qisas göstərilir. Bəzi məlumatlara görə, Usoyan avtoritetlərdən birinin "qanuni oğru" statusunu ləğv edib: "Yüzlərlə avtoritet yaxşı başa düşür ki, bu qərarı Merab Suxumski öz dostu Rövşən Lənkəranski ilə birlikdə verib. Ancaq qərarı kim icra edib, bu artıq təhqiqatçıların işidir".

Elnarə
AzNews.az