Türkiyə XİN: Bu alçaqca törədilmiş terror hücumunu lənətləyirik

19 Dekabr 2016 23:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd olunur:

"Bu alçaqca törədilmiş terror hücumunu lənətləyirik. Hadisəni törədən şəxs zərərsizləşdirilib. Bu qətl ətraflı araşdırılacaq. Səbəbkarlar Türkiyə ədalətinin önünə çıxarılacaqdır.

Türkiyə, Rusiya və bütün digər ortaqlarıyla birlikdə terrorizmlə mübarizə üçün hər cür səyi qətiyyətlə göstərməyə davam edəcək."