İlham Əliyev Putinə başsağlığı verdi

19 Dekabr 2016 23:35 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezidentin başsağlığı məktubunda bildirilir:

"Rusiya Federasiyasının Türkiyə Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".