2 gəmi toqquşdu - 11 nəfər batdı

20 Dekabr 2016 09:12 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Futszyan əyalətinin Çjançjou şəhərinin yaxınlığında baş verib. Qəza nəticəsində balıqçı gəmisi batıb. 14 ekipaj üzvündən yalnız üç nəfər xilas olunub. 11 nəfərin axtarışı davam edir.