XİN Berlində törədilən terrorla bağlı bəyanat yaydı

20 Dekabr 2016 13:43 (UTC+04:00)

XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bəyanatda deyilir: "Biz, Almaniyanın Berlin şəhərində törədilən, insanların ölümü və yaralanmasına səbəb olan faciəvi hadisədən dərindən kədərləndik. Bu hadisə nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, Almaniya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verir, onların kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi hadisə nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşının olub-olmamasını bu ölkənin müvafiq orqanları vasitəsilə araşdırır".