Qız Qalası təmirə bağlanır

21 Yanvar 2013 10:13 (UTC+04:00)



Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilib.

Bununla yanaşı, plana uyğun olaraq keçən ilin sonlarında abidənin daxilində başlanmış təmir-bərpa işləri bu il davam etdiriləcəkdir.
Bununla əlaqədar, yanvar ayının 22-dən etibarən abidə ziyarətçilər üçün bağlanacaqdır. Qız Qalasında bərpa və konservasiya işlərinin 2013-cü ilin sentyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.

AzNews.az