Dramatik hadisələrin fonunda sevgi və pul dilemması - “Oğru”da

20 Dekabr 2016 14:05 (UTC+04:00)

AzNews.az xəbər verir ki, tamaşanın rejissoru Rövşən Almuradlıdır.

Komediya janrında olan bu səhnə əsərində tarix boyu mütəfəkkirlər tərəfindən cavabı axtarılan əsl məhəbbətin qiyməti ön plana çəkilir, gərgin yaşanan dramatik hadisələrin fonunda sevgi və pul dilemması müzakirəyə qoyulur.

Tamaşada əməkdar artist İzaməddin Bağırov, aktyorlardan Şəmistan Süleymanlı, Elmir Mehdiyev, Füzuli Qərənizadə, Vəfa Qurbanova, İlahə Səfərova rol alıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az