Azərbaycandan qızıl çıxarmaq istəyərkən tutuldular - Fotolar
20 Dekabr 2016 17:58 (UTC+04:00)
AzNews.az DTX-nın saytına istinadən verdiyi xəbərə görə, 2016-cı il dekabr ayının 18-də Biləsuvar gömrük idarəsinin gömrük keçid məntəqəsindən gömrük nəzarətindən gizli ümumi çəkisi 2 kiloqram 145 qram olan qızıl külçələri və digər qızıl məmulatlarını xarici ölkə vətəndaşları ilə sövdələşərək ölkədən çıxarmaqda şübhəli bilinən Azərbaycan vətəndaşları - F.Allahverdiyev, F.Məmmədov, Ə.Rəhimov, E.Hüseynov və E.Seyidov saxlanılıblar.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.