Rusiya, İran və Türkiyə Suriya münaqişəsi ilə bağlı razılığa gəliblər

20 Dekabr 2016 18:14 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə bu gün keçirilən üçtərəfli görüşün nəticəsi olaraq mətbuat konfransında bəyan ediblər.

"Biz Suriya konfliktinin dayandırılması ilə bağlı proseslərin canlanması üçün bəyannamə imzaladıq. Qəbul edilən sənəddə Suriyanın ərazi bütövlüyü, suverenliyi, etnik və dini müxtəlifliyi nəzərə alınıb. " - deyə Lavrov bildirb.