Tikinti materialları mağazasında güclü yanğın - Bakıda

20 Dekabr 2016 18:45 (UTC+04:00)

AzNews.az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 92 m2 olan tikinti materialları satışı mağazasının yanar konstruksiyaları 50 m2 sahədə və içərisində olan materiallar yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.