“Biz hələ serial çəkməyi öyrənirik” - AÇIQLAMA

21 Yanvar 2013 10:41 (UTC+04:00)



"Biz hazırda serial çəkməyi öyrənirik. Türkiyə, Rusiya, Avropa ölkələri necə seriallar çəkir, ilk öncə biz onlara baxıb öyrənməliyik. Öyrənmək heç vaxt gec deyil və bunu özümüzə eyib saymamalıyıq".

Bunu AzNews.az-a xalq artisti Həmidə Ömərova bildirdi. Onun fikrincə, bu vəziyyət illər öncə dublyaj başlayanda da baş verib: "Dublyaj təzə-təzə başlayanda da belə vəziyyət idi. Sonra gücümüzü ortaya qoyub bir çox serialları, filmləri dubliyaj etdik. "İmam Əli", "Həzrəti-Yusif" kimi seriallar sübut elədi ki, bizlər heç də başqa ölkələrin aktyorlarından geri qalmırıq. Hətta yeri gələndə dubliyajı onlardan da yüksək səviyyədə edirik. Bu "Həzrəti-Yusifin" timsalında göz qarşısındadır. Serial da belə. Yəqin nə vaxtsa, biz də serial çəkə və onu təqdim edə biləcəyik".

Bahar Rüstəmli
AzNews.az