Ded Xasanın ölümü ilə bağlı ən son xəbərlər

16 Yanvar 2013 10:41 (UTC+04:00)


Tədqiqatçılar killerin "qanuni oğru"ya xüsusi təyinatların istifadə etdiyi silahdan atəş açdığını müəyyən edib. Ded Xasan "Вал" adlandırılan xüsusi avtomatla qətlə yetirilib. Hadisə yerində killerin oturduğu stul və silahı silmək üçün istifadə edilən əsgi tapılıb.

Killerin istifadə etdiyi xüsusi avtomat isə 1980-cı illərdə istehsal edilib. Xususi olaraq SSRİ-nin Müdafiə və Daxili İşlər nazirliklərinin xüsusi təyinatlılarının istifadəsi üçün nəzərdə tutulub.

Ded Xasanın mühafizəçisi killerə 6 güllə atsa da hədəfə dəyməyib.

AzNews.az