“Sevdiyim şəxsin hər ikisi məni tərk etdi”- Nüşabə Ələsgərli

21 Dekabr 2016 12:34 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında müğənni Nüşabə Ələsgərli deyib. 49 yaşını qeyd edən sənətçi bu günün onun üçün ağır gün olduğunu qeyd edib:

"Dostlardan təbrik zəngləri gəlir. Hamıya təşəkkür edirəm. Amma mənim üçün sıradan bir gün oldu. Ad günümü qeyd etmirəm. İki sevdiyim şəxs var, onların heç biri yanımda yoxdur, gözləmədiyim halda hər ikisi məni tərk etdi. Anamla-bacımı itirdim, ancaq onların təbrikinə ehtiyacım var."

Nüşabə Ələsgərli qarşıdan gələn yeni ildə heç bir yaradıcılıq planlarının olmadığını deyib.

Bahar RÜSTƏMLİ
AzNews.az