“Onlar arasında xanımını götürüb gedənlər də olub” - Mübariz Qurbanlı

21 Dekabr 2016 17:20 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı radikalizmlə mübarizəyə həsr olunmuş "Fitnə" sənədli filminin növbəti kütləvi baxışı məqsədilə keçirilən tədbirdə deyib.

M.Qurbanlı qeyd edib ki, bundan əvvəl Suriyaya gedənlər olsa da, onların sayı çox az olub: "Onlar arasında xanımını götürüb gedənlər də olub. Onların xeyli hissəsi ölüb, xanımları isə orada qalıb".

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər qurumların təhlilləri göstərir ki, son bir ildən də çox müddətdə Azərbaycandan Suriyaya döyüşmək üçün bir nəfər belə getməyib:

"Bizim xüsusi qurumlar onları oradan tədricən çıxarırlar. Bu da asan məsələ deyil, çünki Suriyanın bir sıra əraziləri İŞİD-in nəzarətindədir. Orada kimisə tapmağın özü böyük problemdir".

AzNews.az