Sürücülük vəsiqəsi üçün təkrar imtahanlar ödənişli oldu

21 Yanvar 2013 10:51 (UTC+04:00)


Sürücülük vəsiqəsi üçün verilən təkrar imtahanlar ödənişli olub. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliklərə əsasən sürücülük vəsiqəsi üçün təkrar imtahan verən şəxslər 10 manat rüsum ödəyəcək.

Qeyd edək ki, əvvəllər təkrar imtahanlarda rüsum tətbiq olunmurdu.