Türk diplomatının qızının intihardan öncəki - Videosu

21 Dekabr 2016 17:59 (UTC+04:00)

AzNews.az xəbər verir ki, "Yeni Müsavat" qəzetinin əməkdaşı hadisənin təfərrüatlarını öyrənmək üçün olay yerinə baş çəkib.

Qeyd edək ki, intihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O, səfirin gömrük işləri üzrə müşaviridir.

Gənc qızın intihar etməsinin səbəbinə gəlincə, bildirilir ki, o, təhsil aldığı liseydə 1 günlük cəzalandırılıb və buna görə valideynlərinin onu danlayacağından çəkindiyi üçün özünü 10-cu mərtəbədə yerləşən mənzildən ataraq intihar edib.

Sarabski küçəsi, bina 16-nın komendantı "Yeni Müsavat"a danışıb. O, hadisə baş verməzdən öncəki vəziyyəti belə izah edib: " Gənc qızın binanın qarşısında əyləşib ağladığını gördüm. Yaxınlaşıb səbəbini öyrənməyə çalışdım. Ancaq nə olduğunu demədi. Onu sakitləşdirmək üçün binanın həyətindəki dərzi salonuna apardım, evlərinə getməsini xahiş elədim. Növbəm bitdiyi üçün evə getməli idim. Mühafizəçiyə tapşırdım ki, nə baş verdiyi ilə maraqlanarsan. Mühafizəçi isə qızın atasından nə baş verdiyini soruşub. O da oxuduğu məktəbdə problem olduğunu deyib. Qız sakitləşib, dərzidən çıxıb, parka gedib. Qız sonradan atasına zəng eləyib. Atası gedib onu parkdan evə gətirib. Çox sakit görünüblər. Qızın "Anadolu" liseyində təhsil aldığı bilirik. Çox sakit ailədirlər. İki il olar ki, bu binada yaşayırlar. Arslan Gülər haqqında onu bilirəm ki, Türkiyədə gömrük nazirinin müavini olub".

Musavat.com olaraq intihar hadisəsinin görüntülərini əldə etməyə çalışdıq. Təhlükəsizlik kameralarında intihar hadisəsindən öncə saat 18:56 radələrində ailənin birgə evə gəldiyinin görüntüləri əks olunub. Kadrlarda Arslan Gülərin, həyat yoldaşı ilə birlikdə qızının qolundan turaraq, sakit şəkildə içəri gətirdikləri görünür. İçəri daxil olduqdan 1 saat sonra intihar hadisəsi baş verir. Binanın girişindəki nəzarət kamerasında saat 20:01 radələrində intihar etdiyi görünür. Yerə düşdükdən sonra mühafizəçi çölə çıxıb, ətrafa baxır, intiharı görmür. Avtomobil toqquşması olduğunu zənn edir. Qız intihar edərkən avtomobilin arxasına düşdüyü üçün kamera düşmə anını qeydə ala bilməyib.

Komendant bildirir ki, ailə evə qalxdıqdan sonra yenidən mübahisələri düşüb. Anasının dediyinə görə, qız öz otağında olarkən pəncərə səsinin gəldiyini eşidiblər, bu zaman valideyinlər qapını açmağa çalışıblar, lakin bağlı olub. Qızı qapını açmadığı halda Arslan Gülər çiyni ilə qapını qırıb. Otağa daxil olan zaman artıq gec olub".

Hadisədən dərhal sonra Arslan Gülər və həyat yoldaşı qızının cənazəsini də götürərək Türkiyəyə yola düşüblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Həmin görüntüləri təqdim edirik: