Səhraya 40 ildən sonra qar yağdı - Fotolar

21 Dekabr 2016 18:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Independent nəşrinə danışan şahidlərin sözlərinə görə, Afrika səhrasında nadir təbiət hadisəsi müşahidə olunub.

Fotoqraf Kərim Buşetat bildirib ki, qar səhraya Ayn-Sefra şəhəri yaxınlığında bir neçə saat yağıb, daha sonra əriməyə başlayıb.

"Səhranın qapıları" adlandırılan Ayn-Sefra şəhərində yayda havanın temperaturu 37 dərəcəyə çatır, qışda isə 0 dərəcəyə qədər enə bilir.