Gənc istedadlar xüsusi təqaüdə layiq görüldü

21 Dekabr 2016 18:17 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və "Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

Musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:

Behbudov Rəşid Ələddin oğlu – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi

İsmayılova Nərminə Zahid qızı – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.