Masallıda silahlı insident-kriminal avtoritetin qardaşı öldürülüb-Yenilənib
21 Dekabr 2016 18:46 (UTC+04:00)
AzNews.az Report-a istinadən xəbər verir ki, "Piter Elçin"in adı bir neçə tanınmış avtoritetin qətlində hallanır.
Qeyd edək ki, F.İsmayılov "Piter Elçin"in il ərzində qətlə yetirilən ikinci qardaşıdır. Bundan əvvəl onun Rusiyada iş adamı olan qardaşı Maarif İsmayılov iyunun 22-də "Sofiya" bazarında qətlə yetirilmişdi.
*** AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran-Masallı yolunda Masallınınm Türkoba kəndi ərazisində baş verib.
Hadisə zamanı naməlum şəxs 90-HV-110 dövlət qeydiyyat nömrə nişanlı "Volkswagen-Passat" markalı avtomobilə avtomatdan bir neçə dəfə atəş açıb.
Hadisə zamanı Lənkəran rayon Boladi kənd sakini Fariz adlı şəxsin öldüyü bildirilir.
Silahlı insidenti törədənlərdən biri Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) təslim olub.