“Neftçi” ciddi rəqibdir”

21 Yanvar 2013 10:55 (UTC+04:00)


Bu sözləri Rusiyanın "Rotor" klubunun baş məşqçisi Valeri Burlaçenko deyib.

O, Azərbaycan çempionu "Neftçi" ilə yoxlama oyunu haqda fikirlərini bildirib: "Neftçi"nin oynadığı çempionat 2 həftədən sonra başlayır. Biz isə optimal səviyyədən uzağıq. Bu üzdən də çox ağır idi. Buna baxmayaraq düşünürəm ki, yaxşı və layiqli oyun göstərdik. Futbolçuların oyuna, işə münasibətinə yalnız sevinmək olar".

Qeyd edək ki, Antalyadakı təlim-məşq toplanışında baş tutan oyunda "Neftçi" 1:0 hesabı ilə qalib gəlib.

AzNews.az