Qalmaqallı jurnal bu dəfə üz qabığını Berlin terroruna həsr edib - Foto
21 Dekabr 2016 22:02 (UTC+04:00)
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə jurnalın üz qabığında şirin ev təsvir edilib. Bu evin pəncərələrindən çoxsaylı tüfəng gövdələri boylanır.
İllüstrasiyanın altında isə "Onlar bizim həyat tərzimizi dəyişdirməyəcəklər" yazısı yerləşdirilib.
Qeyd edək ki, dekabrın 19-da Berlinin mərkəzində bayram yarmarkasında sürücü yük maşını insanların üstünə sürüb. Nəticədə 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.