“Binə“ ticarətçiəri Səbail məhkəməsinin qarşısına yığışıb: Polis yolu bağlayıb

21 Yanvar 2013 10:57 (UTC+04:00)



Modern.az-ın Səbail rayon Məhkəməsində olan əməkdaşının verdiyi məlumata görə, Binə Ticarət Mərkəzindəki etiraz aksiyasında saxlanılan etirazçıların məhkəməsi hələ başlamayıb.

Məhkəmə Bakı şəhərinin 5 fərqli rayonunda keçiriləcək. Əməkdaşımızın verdiyi məlumata görə, məhkəmənin qarşısındakı yolda hərəkət dayandırılıb. Səbail rayon Məhkəməsinin qarşısına polis əməkdaşları cəlb olub. Saxlanılan şəxslərin valideynləri, qohumları və yaxınları , o cümlədən ticarət mərkəzində işləyən şəxslər də məhkəmə qarşısına toplaşıblar.