Muxtar Maniyev vəfat etdi
22 Dekabr 2016 09:26 (UTC+04:00)
Bu barədə AzNews.az-a M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O, bildirib ki, dünən günorta saatlarında onun vəziyyəti ağırlaşıb və mədə qanaxması ilə xəstənaya çatdırılıb. Xalq artisti bu gün səhər saatlarında evdə dünyasını dəyişib.
Muxtar Maniyev şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.
Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
Bahar RÜSTƏMLİ
AzNews.az