Hadı Rəcəbli evinin yanmasından danışdı

16 Yanvar 2013 11:01 (UTC+04:00)
Komitə sədri AzNews.az-a açıqlamasında deyib ki, yanğın evin kiçik bir hissəsində baş verib və dərhal yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb: "Həmin evdə uzun müddətdir ki, köməyə ehtiyacı olan bir ailə yaşayırdı. Hadisə zamanı evin çox kiçik bir hissəsi, hardasa 1 kv metr sahəsi yanıb.

Dərhal yanğınsöndürənlər əraziyə cəlb olunaraq yanğının qarşısını alıblar. Heç bir problem yoxdur. Yanğın yəqin ki, səhlənkarlıq ucbatından baş verib".

Fuad Əlişov
AzNews.az