“Pitet Elçin”nin qardaşının dəhşətli qətlinin – Təfərrüatları + Fotolar

22 Dekabr 2016 10:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadə odlu silahdan açdığı atəşlə Rusiya Federasiyası vətəndaşı Fariz İsmayılovu qətlə yetirib. O, könüllü Lənkəran ŞRPŞ-yə gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Lənkəran rayon Boladı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Fariz İsmayılovla qətli törədən şəxsin arasında kriminal ədavət olub:

"Hələ uzun müddət bundan əvvəl onların arasında xoşagəlməz hadisə baş verib. Əslində onların arasında yaranan kriminal ədavət Rusiyada başlayıb. Onların Rusiyada biznesi olub. Dava da bundan sonra yaranıb. Fariz uzun vaxt idi ki, Rusiyadan qayıtmışdı. O, bunun Rusiyaya qayıtmadığını görəndə qərara alıb ki, planını gəlib kənddə həyata keçirsin."

Sakinlər deyir ki, qatil Farizi oturduğu yerdə öldürüb:

"20 güllə vurub. Hadisə yol kənarda olub. Bu gün Fariz dəfn olunacaq."

Sakinlər Ismayılovların xeyirxah ailə olduğunu qeyd edib:

"Fariz gəncdir. Çox yaxşı xarakteri var, ailəsi də insanların xeyir-şər işində yanlarında olur. Qan bitər, ədavət bitməz."

Kənd sakinləri onu da əlavə edib ki, qatil Fariz İsmayılovu öldürəndən sonra hüquq-mühafizə orqanlarına təslim olub.