Millət vəkili: “…İran edib”

16 Yanvar 2013 11:05 (UTC+04:00)


Mardindən seçilən millət vəkili, Öcalanla görüşün iştirakçısı olan Ahmet Türk 3 PPK-lnın öldürülməsində İranı günahlandırıb.

Türkiyə mətbuatının məlumatına görə, A.Türk hadisənin dövlət tərəfindən törədildiyini təxmin etməyib: "Bu dəfə mən dövlət olduğunu düşünmürəm. Türkiyənin bölgədə təkbaşına uluslararası güc olmasını istəməyən qüvvələr ola bilər. Türkiyənin kürd problemini həll etməsi onun bölgədə tək güc olmasına şərait yaradar. Buna görə də hadisəni İran törətmiş ola bilər. Daha əvvəllər də olub".

Suriya xüsusi xidmət orqanlarının İranla işbirliyindən danışan millət vəkili "Bu Suriyanın da işinə yarayır" deyə vurğulayıb: "Hər hansı məlumata əsasən söyləmirəm, ancaq təxminlərinə görə İran edib".

Qeyd edək ki, bundan əvvəl də hadisədə Rusiya və İranın adı hallandırılmışdı.

Elnarə Əlosmanqızı
AzNews.az