Muxtar Maniyev Qala qəbiristanlığında dəfn ediləcək

22 Dekabr 2016 11:09 (UTC+04:00)

Bu barədə AzNews.az-a Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov məlumat verib.

Onun sözlərinə görə, mərasim saat 2-də başlayacaq: "Dəfn mərasimini nazirlik və dövlət orqanları həll edəcək."

İntiqam Hümbətov onu da əlavə edib ki, aktyor ailəsinin istəyi ilə Qala qəbiristanlığında dəfn olunacaq.

Xalq artisti Muxtar Manıyev bu gün səhər saatlarında dünyasını dəyib.
O, şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artisti M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az