Dillərin imperiyası

21 Yanvar 2013 11:05 (UTC+04:00)

Tarixən mövcud olmuş metropoliyalar və kolonial rejimlər eyni aqibəti yaşamışlar. Britaniya imperiyasına daxil olan vassallar və dominionların müstəqillik qazanması son olaraq Stalinin hakimiyyəti illərinə düşür.

İkinci dünya müharibəsindən qalib çıxan Sovetlərin qarşısında dayanacaq güc isə yalnız Birləşmiş Ştatlar idi. İngilislər bir-birinin ardınca azadlığa can atan millətlərin haqqını tanımaqda ikən SSRİ-ni alman faşizmi ilə toqquşdurub hər iki iblisdən xilas olacaqlarını düşünən Qərb dövlətləri qarşılarında yeni imperiya gördülər. Onda Çörçill özünün məşhur Fulton çıxışı ilə "dəmir pərdə"dən bəhs edərək kommunist təsirinin Avropaya yayılması təhlükəsini ehtiyatla bəyan etsə də, Stalinin də şəninə təriflər söyləyir, onu "hərbi yoldaşı" adlandırır.

Cəmi bir həftə sonra "yoldaş" Stalin ona cavab verir:
"Qeyd edək ki, cənab Çörçill və onun dostları heyrətli dərəcədə Hitler və onun komandasını xatırladır. Faşizmin rəhbəri də irqi nəzəriyyədən çıxış edərək, dünya ilə müharibəyə başladı. Hitler hesab edirdi ki, alman dilində danışan xalqlar başqaları üzərində hökmranlıq etməlidir. Cənab Çörçill də eyni irqi ideologiya ilə müharibəyə başlayaraq dünyaya bəyan edir ki, ingilis dilində danışan xalqlar hamının taleyini həll edəcək yeganə tamhüquqlu millətdir".

Bax belə... Dünyada milli imperiyalara can atanlarla yanaşı, İosif Stalinin də gürcü fəhmi ilə danışdığı diktat rus dili ilə tarixdə qalıb.

"Facebook"