Maşın aşaraq yandı – Türkiyəli vətəndaşlar xəsarət aldı (Video)

22 Dekabr 2016 14:47 (UTC+04:00)

ARB TV xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Daevo" markalı minik avtomobili idarəetməni itirərək aşıb və alovlanmağa başlayıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən yanğın söndürülüb, alovun yaxınlıqdakı tikiliyə keçməsinin qarşısı alınıb.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Gəncə şəhər sakini, 27 yaşlı Nadir Tağıyev, Türkiyənin İstanbul şəhərinin sakinləri, 71 yaşlı Məhəmməd Dəmirqırar, 56 yaşlı Şəfəq Dəmirqırar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. İlk tibbi yardım göstərildikdən sonra Nadir Tağıyev ambulator müalicəyə gönərilib, Türkiyə vətəndaşları isə travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az