Stalinin nəvəsi vəfat etdi

22 Dekabr 2016 17:00 (UTC+04:00)

AzNews.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 80 yaşlı Cuqaşvilinin ölüm səbəbi hələ ki məlum deyil.

Yevgeni Cuqaşvili 1936-cı ildə Stalinin böyük oğlu Yakovun ailəsində anadan olub. Gənc yaşlarından hərbi sahəyə marağı olan Cuqaşvili hərb tarixi ilə maraqlanaraq namizədlik dissertasiyası müdafiə edib. Bundan sonra o, uzun illər hərbi akademiyada dərs deyib. 55 yaşında polkovnik Cuqaşvili Silahlı Qüvvələri tərk edib.

1991-ci ildən kommunist hərəkatının fəalı kimi Rusiya və Gürcüstan siyasətində iştirak edib.

AzNews.az