Andrey Karlov dəfn olundu - Fotolar

22 Dekabr 2016 17:29 (UTC+04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyində keçirilən mərasimə prezident Vladimir Putin və baş nazir Dmitri Medvedev də qatılıblar.

Prezident və baş nazir A. Karlovun tabutu üzərinə gül dəstəsi qoyaraq diplomatla vidalaşıb, ailəsinə başsağlığı verib.

Daha sonra cənazə dua oxunması üçün "Xilasedici İsa Məsih" məbədinə aparılıb. Moskva və bütün Rusiyanın patriarxı Kirill mərhum diplomatına ruhuna dualar oxuyub.

Andrey Karlov Ximki qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, dekabrın 19-u axşam saatlarında Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə" sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri A. Karlov qətlə yetirilib. Hadisəni polis əməkdaşı Mert Altıntaş törədib. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

AzNews.az