NATO-nun yüksək vəzifəli məmuru intihar edib
22 Dekabr 2016 18:45 (UTC+04:00)
AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, yarılma intihar olduğunu üzə çıxarıb. Meyitin yanında vida məktubu da tapılıb. Məktubda yazılanların məzmununu açıqlanmayıb.
Belçika prokurorluğunun nümayəndəsi bildirib ki, İ.Şandelonun meyiti ötən həftənin cümə günü aşkar edilib, yarılma isə dekabrın 20-də həyata keçirilib.
NATO rəsmisinin meyiti iş yerindən 140 km, yaşadığı Lens şəhərindən isə 100 km aralıda aşkar edilib.
KİV-in məlumatına görə, 60 yaşlı İ.Şandelonun adına üç odlu silah qeydiyyatdan keçib. Amma meyit aşkar edilərkən onun yanında heç bir qeydiyyatı olmayan silah tapılıb. Məhz elə bu silahdan onun baş nahiyəsinə atəş açılıb.