Stiven Siqal Azərbaycan əsilli milyarderin ortağı oldu

22 Dekabr 2016 20:13 (UTC+04:00)

Virtualaz.org RBK-ya istinadən bildirir ki, şirkətin ikinci həmtəsisçisi Azərbaycandan olan milyarder Akif Hilalovdur.

SPARK-ın məlumatına görə, "Rus yarmarkaları" müxtəlif məhsulların və tütün məmulatlarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət ənənəvi rus stilində tərtib olunan "sənaye və kənd təsərrüfatı yarmarkaları" təşkil edəcək. Onlar 85 regionda yerləşəcəklər, şirkətə investisiyaların ümumi həcmi isə təxminən 2,5 milyard dollar təşkil edəcək.

Siqala şirkətdəki payın 20%-i aiddir, qalan 80% isə Rusiya Dağ Yəhudiləri İcmaları Federasiyasının başçısı Akif Hilalova məxsusdur.

Xatırladaq ki, Stiven Siqal Rusiya vətəndaşlığını 3 noyabrda alıb. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlamasında bildirmişdi ki, aktyor "israrla və kifayət qədər uzun müddət ərzində ona vətəndaşlıq verilməsini xahiş edirdi".

AzNews.az