Nyu-York metrosunu 4.7 milyon dollara bəzəyən sehirbazlar - Fotolar - Video
22 Dekabr 2016 23:29 (UTC+04:00)
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 2009-cu ildən bəri 300 rəssam, dizaynerlər arasında seçim aparılıb. Onların arasında bir neçəsi seçilərək 2013-cü ildən bəri Nyu-Yorkun metrostansiyalarını bəzəməyə başlayıblar.
Onlar farfor plitkalardan istifadə ediblər. Unikal görüntünün alınması üçün 4300 farfor kaşıdan istifadə edilib.
Rəssamlar daha çox portretlərə üstünlük veriblər, çünki onlar düşünürlər ki, metroda insanlar sərnişinlərin simalarından başqa heç nə yadda saxlamırlar.
Layihə ştatın qubernatoru Endryu Kuomo sayəsində başa gəlib.