49 yaşlı kişi özünü asdı

23 Dekabr 2016 09:37 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Göygöl rayonun Çaylı kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Hüseynov Zöhrab yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

AzNews.az